Xəbərlər

İlk yelkənlər cins materialdan hazırlanırdı

Hamımızın sevdiyi və daim dəbdə olan cins materialdan bir zamanlar yelkənlərin hazırlandığını bilirdinizmi?

Bu materialın əsl adı denimdir. Adı Fransanın Nim şəhərindən götürülmüş bu material möhkəmliyinə və davamlılığına görə diqqət çəkirdi. Bu material eramızdan əvvəl 1300-cü ildə Fransada yaradılıb. 150 il sonra denimdən xüsusi təyinatlı paltarlar tikilməyə başladı.

Təqribən 1492-ci ildə Xristofor Kolumb Hindistana dəniz yolunu kəşf etmək üçün ekspedisiyaya yollanarkən üzdüyü gəminin yelkənləri məhz cinsdən hazırlanmışdı.

1597-ci ildə cins materialı İtaliya dənizçiliyində də istifadə olunmağa başladı. Belə ki, italiyalı matrosların paltarları da cinsdən hazırlanırdı.