Xəbərlər

“Xəzər” Yelkənli Qayıqlar İdman klubunun məşqçiləri təlimçi kurslarını müvəffəqiyyətlə başa vurublar

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) “Xəzər” Yelkənli Qayıqlar İdman klubunun məşqçiləri Tatyana Srebnaya və Mixayil Protasov “SFA WINDSURF” təlimçi kurslarında iştirak ediblər. Hər iki məşqçi kursu müvəffəqiyyətlə bitirərək xüsusi sertifikatlara layiq görülüblər.

Türkiyə Yelkənli İdman Federasiyasının təlim komitəsinin üzvü və məşqçi-təlimçisi Serhan Balcının iştirakı ilə baş tutuan təlimdə “SFA WINDSURF” üzrə qayıqların hazırlanması, onların dənizdə düzgün istifadəsi kimi mövzularda məşğələlər keçirilib.

Kursda ümumilikdə 15 nəfər iştirak edib.