Xəbərlər

Paul Elvstrem - əfsanəvi yelkənli qayıq idmançısı

XXI əsr yelkənli qayıq idmanının ən yaxşı idmançısı dörd qat olimpiya çempionu, danimarkalı Paul Elvstrem (1928-2016)

Paul 20 yaşında Danimarkanın olimpiya komandasına qəbul olub. Qayıqda üzərkən suya sallanmaq üçün bərkidilmiş kəməri məhz Paul Elvstrem icad edib. Ümumiyyətlə, yelkənli qayıq idmanında bir sıra yeniliklər onun adı ilə bağlıdır. İdmançının çoxsaylı qələbələrinin arasında təkcə olimpiada deyil, həm də dünya çempionatları yer alıb.

1957-ci ildən 1974-cü ilə qədər Elvstrem dünya üzrə müxtəlif çempionatlarda onlarla qələbələr qazanıb. Qələbələrdən əldə etdiyi gəlirlə o, yelkənli qayıqların təmiri üçün xüsusi tərsanə təsis edib. 40 illik idman fəaliyyətindən sonra Elvstrem yelkənli qayıq idmanı haqqında 10 ədəd kitab yazıb. 1996-cı ildə Paul Elvstrem Danimarkanın “Əsrin İdmançısı” tituluna layiq görülüb.