Yelkənli İdman Federasiyası (SFA) sentyabrın 13-15-i tarixlərində Federasiya kubokuna start verib. Yarış Yelkənli İdman Federasiyasının yelkənçiləri, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASC0) “Xəzər" Yelkənli Qayıqlar İdman Klubu və “Dənizçi” Yelkənli İdman klubunun yelkənçiləri arasında keçirilib.
Federasiya kuboku uğrunda keçirilən yarış, Yelkənli İdman Federasiyasının idman meneceri Burcu Algon Giorgianninin baş hakimliyi, Federasiyasının baş məşqçiləri Seyhun Yıldız, Tuğçə Subaşının, məşqçi Anton Vilyayevin, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti “Xəzər" Yelkənli Qayıqlar İdman Klubunun direktoru Tatyana Srebnayanın hakimliyi ilə reallaşdırılıb.
Optimist, Laser4.7, Laser Radial, Laser Standart sinifləri üzrə keçirilən yarışlarda 30 idmançı iştirak edib. İdmançılardan 18 nəfəri Optimist sinifi, 5 nəfəri Laser4.7, 3 nəfəri Laser Radial, 4 nəfəri isə Laser Standart sinifi üzrə iştirak edirdi.
Yarışın son günü qaliblər mükafatlandırılıb. Nəticələri təqdim edirik:
Optimist sinifi üzrə
1 Murad Hacı-Zadə (SFA)
2 Ayla Babayeva (SFA)
3 Fidan Ağazadə (SFA)
Optimist sinifi qızlar arasında keçirilən yarışda
1 Ayla Babayeva (SFA)
2 Fidan Ağazadə (SFA)
3 Kristina Kərimova (SFA)
Laser 4.7 sinifi üzrə
1 Murad Allahverdi (SFA)
2 İsmayıl Kərimov (SFA)
3 Fərid Cəfərov (Dənizçi)
Laser Radial sinifi üzrə
1 Cavid Kərimov (SFA)
2 Aslan Məmmədov (Xəzər)
3 Rauf Abdullayev (Xəzər)
Laser Standart sinifi üzrə
1 Mixail Protasov (Xəzər)
2 Nikita Vilayev (Dənizçi)
3 Vaqif Qasımov (Xəzər)
Mükfatalandırma mərasimində həmçinin yay məktəbində iştirak edərək məşqlər zamanı yüksək nəticə əldə edən iştirakçılara sertifikatlar və hədiyyələr təqdim olundu. Qeyd edək ki, Yelkənli İdman Federasiyasının (SFA) 3 ay ərzində təşkil etdiyi yay məktəbində 16 uşaq iştirak etmişdi. Bunlardan 7 nəfər isə yüksək nəticə göstərə bilmişdi.
2014-cü ildən ASCO-nun nəzdində fəaliyyət göstərən “Xəzər” yelkənli idman klubunun potensialı mütəmadi inkişaf etdirilir. Budəfəki Federasiya kubokunda “Xəzər” klubunun “Optimist” sinfi üzrə dörd yelkənçi müasir, yeni qayıqlarda təmsil olunublar.
Məlumat üçün qeyd edək ki, ASCO-nin “Xəzər” Yelkənli Qayıqlar İdman klubunun idmançıları müxtəlif yerli və beynəlxalq yarışların qalibi olublar. Hazırda klubda üç məşqçi “Laser” sinifi üzrə 12, “Optimist” sinifi üzrə isə 4 idmançı hazırlayır.