Optimist sinifi

Optimist (7 ədəd)



1950-ci illərin sonunda floridalı Klark Millz adlı yaxta konstruktoru tərəfindən yaradılıb. “Optimist” tipli qayıqlar 1961-ci ildə Danimarkada modernləşdirilərək mükəmməl səviyyəyə çatdırıldı. Bu qayıq 7-14 arası yaşı olan uşaqlar üçün nəzərdə tutulub.

1970-ci ilədək bu qayıqlar şüşə-plastik tərkibli materialdan hazırlanırdı. Daha sonralar isə “Optimist” qayıqlarının alüminium tərkibli materialdan hazırlanmağına qərar verildi.

“Optimist” qayıqları 1 nəfər üçün nəzərdə tutulub. Bu tip qayıqlar 1972-ci ildə beynəlxalq status alaraq təsdiqlənib.
“Optimist” tipli qayıqların uzunluğu 2.31 metr, eni isə 1.13 metrdir. Daxili dərinliyi 0.84 metr, dedveyti 0.90 santimetrdir.