Lazer sinifi

Lazer Standart (4 ədəd) 



“Lazer” tipli yelkənli qayıq 1969-cu ildə kanadalı yelkənçi və qayıq mühəndisi Bryus Kirbi tərəfindən yaradılıb. Onun əsas məqsədi avtomobilin üstündə rahat daşına biləcək yüngül və rahat qayıq yaratmaq idi. Nəticədə yüngül, ucuz və olduqca dinamik qayıq ortaya çıxdı. “Lazer” tipli qayığın dizaynı öz dövrü üçün inqilabi bir ixtira idi.

Bu tip qayığın korpusu olduqca hermetikdi. Çəkisi 60 kiloqramdır. Yarış zamanı suda aşarsa, bu tip qayıqları ilkin vəziyyətə gətirmək olduqca asandır.

Qayıq bir yelkəndən ibarətdir və bir nəfər üçün nəzərdə tutulub. Sadə konstrukiyadan ibarət olduğu üçün qayığı yarışa hazır etməyə bir neçə dəqiqə vaxt lazımdır.

İlk dəfə 1974-cü ildən “Lazer” tipli qayıqlar yarışlarda geniş istifadə edilməyə başladı.

“Lazer” tipli qayıqların uzunluğu 4.23 metr, eni 1.37 metrdir. Daxili dərinlik 0.79 metr, dedveyti 59 kiloqramdır.

Bu sinfə aid qayıqlarda yaş məhdudiyyəti yoxdur.

 Lazer Radial (2 ədəd; Olimpiya sinfi üzrə)



2008-ci ildə “Lazer” tipli qayıqların modifikasiyası yenilənir və “Lazer-Radial” tipli qayıqlar meydana gəlir. Yeni qayıqlar standart “Lazer” tipli qayıqlardan yelkənin ölçüsü və daha ağır çəki götürməsi ilə fərqlənir. Bu tip qayıqlar daha təcrübəli yelkənçilər üçün nəzərdə tutulub.

Laser Pico (2 ədəd)


Bu tip qayıqlar yelkənçiliklə məşğul olmağa yeni başlayan idmançılar üçün nəzərdə tutulub. “Lazer Pico” qayıqlarından yarışdan savayı suda gəzinti üçün də istifadə edilir. “Lazer Standart” və “Lazer-Radial” qayıqlarının korpusu şüşə tərkibli “GPR” maddəsindən hazırlandığı halda, “Lazer Piko” qayıqları “Tecrothene 109” adlı termoplastik maddədən hazırlanır. Bu maddə yüksək davamlılığı və möhkəmliyi ilə seçilir.

“Lazer Piko” tipli qayıqların uzunluğu 3.50 metr, eni isə 1.43 metrdir. Daxili dərinliyi 0.88 metr, çəkisi 70 kiloqramdır. Bu qayıqda 1 nəfərdən 3 nəfərə qədər adam yerləşə bilir.